BTC ilə indiyədək 4,6 mlrd. barel neft nəql edilib
Bu ilin birinci yarısı ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 60 mln. ABŞ dolları, əsaslı xərclərə isə 30 mln. dollar vəsait xərclənib.
Bu barədə “Sizinxeber.az-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin birinci yarısının sonunadək ümumilikdə təqribən 605 mln. ton (təqribən 4,6 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 6 007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“Bu ilin birinci yarısı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 mln. ton (təxminən 106 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənib və yola salınıb”, - hesabatda bildirilir.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), “TotalEnergies” (5%), ITOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
Oxşar xəbərlər
BTC ilə indiyədək 576 mln. ton neft nəql edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəxtiyar Aslanbəyli: "BTC layihəsinə təqribən 6 milyard ABŞ dolları investisiya qoyulub" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci yarımildə Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 4 %-ə yaxın azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz”ə bu il 1,7 mlrd. dollara yaxın vəsait xərclənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












