Avropada təbii qazın qiyməti 410 ABŞ dollarından aşağı enib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
avq
2025
12:50

Avropada təbii qazın qiyməti 410 ABŞ dollarından aşağı enib

06 avq, 2025
12:50
348

Avropada təbii qazın qiyməti 410 ABŞ dollarından aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 410 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 6 avqust tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə sentyabr fyuçerslərinin qiyməti 409 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (410,9 dollar) ilə müqayisədə 0,5% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Bizimlə əlaqə saxlayın