Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft tələbatı yeni rekorda çatacaq
sizinxeber.az xəbər saytı

Beynəlxalq Enerji Agentliyi: Gələn il qlobal neft tələbatı yeni rekorda çatacaq


Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün qlobal qaz tələbinin artımı ilə bağlı proqnozunu əvvəlki 1,5%-dən 1,3%-ə endirib. Lakin 2026-cı ildə qaz istehlakında yeni rekord gözlənilir.

Bu barədə “Sizinxeber.az-Economics” Agentliyin hesabatına istinadən xəbər verir.

“Bazar şərtlərinin sərtləşməsi, ilk növbədə qiymətə həssas olan idxal bazarında qlobal qaz tələbinin artımına təsir edəcək”, - hesabatda qeyd olunur.

Beləliklə, 2025-ci ildə qlobal qaz tələbatı 2024-cü ildəki 4,21 trilyon kubmetr ilə müqayisədə 4,27 trilyon kubmetr təşkil edə bilər.

Agentliyin qiymətləndirməsinə görə, 2026-cı ildə artım tempi 2%-ə qədər sürətlənəcək və nəticədə qlobal qaz istehlakı 4,35 trilyon kubmetr olmaqla yeni rekorda çatacaq.

Oxşar xəbərlər

Beynəlxalq Enerji Agentliyi bu il üçün qlobal neft tələbi üzrə proqnozunu azaldıb
Gələn il qlobal LNG ticarətinin artımı səkkiz ilin ən yüksək səviyyəsinə çatacaq - PROQNOZ
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu endirib
Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər