Nazir: “OPEC+”un qərarları bazarın vəziyyətinə dair düzgün anlayışın olduğunu göstərir
"OPEC+" tərəfindən qəbul edilən qərarlar alyansın neft bazarının vəziyyətini və ehtiyaclarını başqalarından daha yaxşı anladığını göstərir.
“Sizinxeber.az-Economics” “TASS”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Məzrui “OPEC”in 9-cu Beynəlxalq Seminarı zamanı bildirib.
“Bu qərarlar göstərir ki, qrup (“OPEC+”) bazarı başqalarından daha yaxşı anlayır. Biz bazarı anlayırıq, onun ehtiyaclarını dərk edirik. Qərarlarımızı məhz bu ehtiyaclara əsaslanaraq qəbul edirik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, “OPEC+” razılaşmasına daxil olan və neft hasilatını könüllü şəkildə əlavə azaldan səkkiz ölkə iyulun 5-də keçirilən iclasda avqustda gündəlik neft hasilatını sutkada 548 min barel artırmağa razılaşıb.
Xatırladaq ki, “OPEK+” təşkilatının səkkiz ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) 2024-cü ilin əvvəlindən etibarən gündəlik ümumilikdə 2,2 milyon barel həcmində hasilatı könüllü şəkildə azaldırdı. 2025-ci ilin aprelindən isə onlar azaldılmış barelləri tədricən bazara qaytarmağa başlayıblar. Aprel ayında “səkkizlik” gündəlik hasilatı 138 min barel, may-iyul aylarında isə sürətlənmiş templə hər ay 411 min barel artırıb.
Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür.
Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Oxşar xəbərlər
“OPEC+” “səkkiz”liyi avqustda gündəlik hasilatı 550 min barelə yaxın artıracaq
“OPEC+”a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz açıqlanıb
"OPEC+" ölkələri yanvarda plandan 250 min bareldən artıq geri qalıb
Beynəlxalq Enerji Agentliyi “OPEC+” üzrə hasilat göstəricilərini qiymətləndirib
“OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












