Fransa ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə edilib
sizinxeber.az xəbər saytı

Fransa ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə edilib


Fransanın “IB2” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Bu barədə "Sizinxeber.az-Economics"ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, nazir Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Zakir Fərəcov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstanın İT şirkəti Azərbaycana investisiya yatıra bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Almaniya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR qaz nəqli sahəsində İtaliya şirkəti ilə əməkdaşlıq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər