sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Birinci rübdə Bakıda ticarət dövriyyəsi 5% artıb
Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 8483,3 milyon manat olub.
Bu barədə "APA-Economics"ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.
Birinci rübdə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri illik müqayisədə 0,2% artaraq 4782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6% artaraq 3701,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 52,2%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4%-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Oxşar xəbərlər
Bakıda altı ayda 15.9 mlrd. manatlıq məhsul satılıb
Bakıda yeddi ayda 18.7 mlrd. manatlıq məhsul satılıb
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb
Paytaxtda 11 ayda 31.6 mlrd. manatlıq məhsul satılıb
Bakıda son altı ayda nə qədər məhsul satılıb?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













