“Azerçay” çay plantasiyalarına mediatur təşkil edib - FOTO
“Azerçay” markası çay yığım mövsümünün başlanması ilə əlaqədar Masallı rayonunda yerləşən plantasiyaya mediatur təşkil edib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, tur çərçivəsində jurnalistlərə çay yığım prosesi, əkin sahələrində görülən aqrotexniki işlər, müasir suvarma texnologiyaları və çay becərilməsinin digər mərhələləri barədə ətraflı məlumat verilib. “Sun Tea” çay fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bildirib ki, bu il mövsüm yüksək məhsuldarlıqla tamamlanacaq:
“Məhsuldarlığın artırılması məqsədilə il ərzində sahələrdə bir neçə dəfə aqrotexniki qulluq işləri görülüb. Əldə olunan məhsullar keyfiyyət baxımından həm yerli, həm də xarici bazarda yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır”.
İdari işlər məsul şəxs Altay Abbasov isə bildirib ki, hazırda 100 hektardan çox sahədə yığım işləri aparılır. Onun sözlərinə görə, sahələr müasir çiləmə sistemi ilə suvarılır və növbəti yığım mərhələsi iyul ayında planlaşdırılır.
Qeyd edək ki, yerli bazarla yanaşı, “Azərçay” məhsulları dünyanın 40-dan çox ölkəsində istehlakçılara təqdim olunur. Üzərində “Made in Azerbaijan” yazısı olan bu milli marka Azərbaycan çayçılıq ənənələrinin dünyada tanıdılmasına töhfə verir və beynəlxalq sərgilərdə uğurla təmsil olunur.
Oxşar xəbərlər
AL Market jurnalistlər üçün mediatur təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Şəmkir" sərhəd dəstəsinə mediatur təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Blue zonada çay təminatçısı "Azerçay"dır - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərsun Kağız Karton İstehsalat Korporasiyasına mediatur təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azerçay” Çay Sənayesində Fermerlərin Gücləndirilməsi Mövzusunda Panel Müzakirəsi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












