AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur - FOTO
sizinxeber.az xəbər saytı

AL Marketdən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur - FOTO


AL Market əməkdaşlarının peşəkar inkişafına və müştəri məmnuniyyətinin yüksəldilməsinə yönəlik daha bir mühüm addım atdı. Şirkət, əməkdaşların bilik və bacarıqlarını artırmaq, karyera inkişaflarına dəstək olmaq məqsədilə Pərakəndə İnkişaf Mərkəzini qurdu.

Pərakəndə inkişaf mərkəzinin məqsədi böyüməkdə olan AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu xidmət keyfiyyətini təmin edəcək ixtisaslı kadrların yetişdirilməsini təmin etməkdir.

Yeni mərkəzdə həm texniki bilikləri gücləndirəcək təlimlər, həm də mövcud iş bacarıqlarının təkmilləşdirlməsi üçün inkişaf proqramları həyata keçiriləcək. Bu təşəbbüsün əsas məqsədi – sürətlə böyüyən AL Market mağazalar şəbəkəsində xidmət keyfiyyətini artırmaq və bu keyfiyyəti təmin edəcək ixtisaslı kadrların hazırlanmasıdır.

AL Market yalnız müştərilərinə məhsul təqdim edən pərakəndə satış şəbəkəsi deyil, eyni zamanda 5000-dən çox əməkdaşa sahib böyük bir komanda olaraq onların peşəkar inkişafına da önəm verir. Şirkət əməkdaşlarının davamlı şəkildə öyrənməsi və inkişaf etməsi üçün zəruri imkanlar yaratmağı özünün əsas strateji hədəflərindən biri kimi görür.

Videonu izləmək üçün keçid:

https://www.youtube.com/watch?v=f73CqrHiS_E

Oxşar xəbərlər

AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Al Market"də ilin ən güclü endirim festivalı başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzin baş psixoloqu "Giltex" MMC əməkdaşları üçün təlimin əhəmiyyətindən danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"OBA” marketlər şəbəkəsində son 5 il ərzində 5000-dən çox yeni iş yeri yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AL Market jurnalistlər üçün mediatur təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər