Azərbaycanda mehmanxanaların gəlirləri 12%-dən çox artıb
2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olub ki, onun da 58,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28 faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 868,3 min olub.
Gecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1 faizi Ağdamda, 1 faizi Naxçıvan Muxtar Respublikasında, 1 faizi Şuşada, və 7,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda hotellərdə gecələmələrin sayı 25%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mehmanxanalarda gecələmələrin sayı 36% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkə mehmanxanalarında yerlərin 80%-dən çoxu istifadəsiz qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mehmanxanaların gəlirləri 42% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mehmanxanaların gəlirləri 27% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












