Rövnəq Abdullayev: Vəziyyəti yaxşılığa doğru dəyişməyə nail olmuşuq
Hazırda Azərbaycanda nəqliyyat, sənaye, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərən Moldova kapitallı 20 aktiv şirkət qeydiyyatdan keçib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Azərbaycan-Moldova biznes forumunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev deyib.
O bildirib ki, turizm sahəsində də müsbət dinamika müşahidə olunur: "2024-cü ildə Moldovadan Azərbaycana turist axını təxminən 12% artıb".
“Milli aviadaşıyıcımız AZAL Bakı-Kişinyov-Bakı marşrutu üzrə həftədə beş dəfə müntəzəm reyslər həyata keçirir. May ayından etibarən reyslər hər gün icra olunacaq ki, bu da işgüzar və turizm əlaqələrinin inkişafına təkan verəcək” - nazir müavini əlavə edib.
Rövnəq Abdullayev həmçinin, ticarət dövriyyəsində də müsbət dinamikanın olduğunu əlavə edib: “Ötən ilin yekunlarına əsasən, Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 10,1 milyon ABŞ dolları təşkil edib. 2024-cü ildə müəyyən dəyişkənliklərə baxmayaraq, vəziyyəti yaxşılığa doğru dəyişməyə nail olmuşuq. Cari ilin yanvar-fevral aylarında ticarət dövriyyəsi 26,6% artaraq 1,3 milyon ABŞ dollarına çatıb".
Oxşar xəbərlər
FİFA prezidenti: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib" [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL və Moldova nümayəndələri arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövnəq Abdullayev: Bundan sonra futbola rahat baxa bilərəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistandan Azərbaycana turist axını 51% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirin müavini: Azərbaycanla Moldova iqtisadi əlaqələri daha da gücləndirilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












