Azərbaycanın TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi məlum olub
2024-cü il ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ilə ticarət dövriyyəsi 6 mlrd. 892.7 mln. ABŞ dolları təşkil edib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan TDT-ə üzv ölkələrə ixrac 4 milyard 22.5 milyon ABŞ dollarına, idxal isə 2 milyard 870.2 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə TDT-yə üzv ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14.5%-nə bərəbər olub.
Qeyd edək ki, ötən il Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 50% artaraq 470.4 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 41% artaraq 252.1 milyon dolara, Türkiyə ilə ticarət dövriyyəsi 20% azalaraq 6 milyard 130.2 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 38% azalaraq 40 milyon dollara bərabər olub.
2024-cü ildə Azərbaycandan Türkiyəyə 542.3 milyon ABŞ dolları, Qazaxıstana 131.3 milyon ABŞ dolları, Özbəkistanda isə 39.3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).
Oxşar xəbərlər
Azərbaycanın ABŞ-yə qeyri-neft məhsulları ixracı 31 dəfədən çox artıb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Bu il Azərbaycanın BRİCS ölkələri ilə ticarət dövriyyəsi 6 mlrd. dollara yaxınlaşıb
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 40%-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













