Ötən ay yeyinti məhsulları üzrə ixrac 20%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Ötən ay yeyinti məhsulları üzrə ixrac 20%-ə yaxın artıb


2025-ci ilin birinci ayında Azərbaycanın yeyinti məhsullarının ixracı 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı”nın fevral sayında bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. İxrac olunan məhsullar arasında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.

2025-ci ilin yanvar ayında aqrar məhsulların ixracı 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21.1 milyon ABŞ dolları) birinci, karbamid (21 milyon ABŞ dolları) ikinci, xurma (19.3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Oxşar xəbərlər

Ötən ay Azərbaycanın qeyri-neft ixracı 11%-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qeyri-neft-qaz ixracı ötən il artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il yeyinti məhsullarının ixracı 11%-dən çox artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-ə yaxın artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qeyri-neft ixracı 2% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər