Ötən il Azərbaycanda 1.4 mln. tona yaxın un istehsal edilib
sizinxeber.az xəbər saytı

Ötən il Azərbaycanda 1.4 mln. tona yaxın un istehsal edilib


2024-cü ildə Azərbaycanda 1 milyon 363.7 min ton buğda unu istehsal edilib.

Sizinxeber.az-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.7% və ya 35.7 min ton artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda 1 milyon 327.9 min ton buğda unu istehsal edilmişdi.

Hesabat dövründə istehsal edilən unun 1 milyon 342.8 min tonu əmtəəlik olub, bunun da 1 milyon 341.4 min tonu satış üçün göndərilib.

Qeyd edək ki, ötən il ölkəyə 279,7 milyon ABŞ dolları dəyərində 1 milyon 292 min ton buğda idxal edilib.

Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycanda 1 milyon 196.8 min ton çörək istehsal olunub.

Oxşar xəbərlər

Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib
Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib
Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
Ötən il Azərbaycana kərə yağı idxalı, istehsalı üstələyib
Bu il Azərbaycana palma yağı idxalı kəskin artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle