Ötən il Azərbaycanın çay idxalı ixracını 19.3 dəfə üstələyib
2024-cü il ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.2% artaraq 14 387.8 ton, dəyər baxımından isə 8.6% artaraq 76 milyon 487.8 min ABŞ dolları təşkil edib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 2.1% artaraq 747.1 ton, dəyər baxımından isə 0.4% artaraq 6 milyon 633.8 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində çay idxal ixracı 19.3 dəfə üstələyib.
Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 9 manat, orta ixrac qiyməti isə 15.1 manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində ölkə ərazisində çay istehsalı 2023-cü illə müqayisədə 7.2% artaraq 12 min 424.2 ton təşkil edib.
Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,36%-ni təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın çay idxalı ixracını 19 dəfədən çox üstələyib
Azərbaycanın çay idxalı ixracı 19 dəfə üstələyib
Bu il Azərbaycanda kərə yağı istehsalı idxaldan çox olub
Azərbaycana idxal edilən düyü 14% bahalaşıb
Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













