Azərbaycan startapları Avstriyada investorlara təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və “SUP VC” şirkətinin təşkilatçılığı ilə 6 startap komandası Avstriyanın Vyana şəhərinə təcrübə mübadiləsi məqsədilə səfər edib.
Sizinxeber.az xəbər verir ki, sözügedən komandalar mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursları təqdim edən və mədəniyyət sahəsində olan problemlərə həll yolları tapmağa çalışan “CulTech İnkubasiya Proqramı” çərçivəsində qalib seçiliblər.
Təcrübə səfəri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar Mədəni Yaradıcı Sənayelərin (MYS) üzrə ixrac imkanlarının genişlənməsinə yönələn təşviq mexanizmlərinin yaradılması məqsədilə təşkil olunub.
Ümumilikdə 3 gün davam edən səfər 3-5 mart tarixlərini əhatə edib. İştirakçılar səfər müddətində Avstriya Kommersiya Palatasını ziyarət edib, Startaplarla iş Departamentinin rəhbəri ilə görüşüblər. Sonra Avstriya Startap Evi ilə tanışlıq baş tutub. Qonaqlara həmçinin Avstriya Startap Ekosistemi haqqında daha ətraflı məlumat almaq imkanı yaradılıb.
Növbəti gün “CulTech” sahəsində uğurlu startaplardan olan Avstriya startapı “Artivive”nin ofisinə tur təşkil olunub və burada Avstriyalı investorlar və ekosistem oyunçuları qarşısında ölkəmizi təmsil edən 6 (altı) komanda öz layihələrini təqdim ediblər.
Nəticə olaraq 2 startapla investorlar yaxından maraqlanıb və gələcək dövrlərdə əməkdaşlıq aparmaq istədiklərini bildiriblər. Eyni zamanda “Avstriya Culttech Asossasiyası” gələcəkdə qarşılıqlı mübadilə proqramlarının mümkünlüyü barədə təkliflər irəli sürüb.
Oxşar xəbərlər
Qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN rəhbəri Ermənistandadır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bölgələrdən gələn 12 yeni startap layihəsi təqdim olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mədəniyyət Könüllüləri” İB-nin toplantısı keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












