Haqsız rəqabətə görə 5 sahibkara 190 min manat maliyyə sanksiyası tətbiq edilib
sizinxeber.az xəbər saytı

Haqsız rəqabətə görə 5 sahibkara 190 min manat maliyyə sanksiyası tətbiq edilib


Bu ilin yanvar-oktyabr aylarında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstəriş verib.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Dövr ərzində 23 bazar subyekti tərəfindən digər bazar subyektinin əmtəənişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri, 29 bazar subyekti tərəfindən isə bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları könüllü aradan qaldırılıb", - deyə M.Abbasbəyli qeyd edib.

Oxşar xəbərlər

Dövlət Xidməti 5 bazar subyektinə 190 min manat maliyyə sanksiyası tətbiq edib
Dövlət Xidməti I yarımildə 190 min manat maliyyə sanksiyası tətbiq edib
Dövlət Xidməti 10 aylıq fəaliyyətinin yekunlarını açıqlayıb
Azərbaycanda elektron satınalmaların həcmi 3 dəfə artıb
I yarımildə 241 min manat vəsait sahibkarlar tərəfindən istehlakçılara qaytarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle