Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, bazarlar iqtisadi əməliyyatların rəsmiləşdirilməsi prosesinə ciddi təsir göstərir: "Sahibkarların rəsmiləşdirmə prosesinin leqallaşdırılması asanlaşır. Bazar mülkiyyətçiləri üzərində vergi uçot nəzarəti tətbiq ediləcək. Ölkə ərazisində kassalaşma prosesinin əsası kimi uçot prosesi düzgün qurulacaq. Tətbiq ediləcək mexanizm qonşu dövlətlərdə də tətbiq edilir. Mikrosahibkarlıq fəaliyyəti üçün yeni yanaşmalar tətbiq ediləcək. Bu özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir. Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdən qanunvericilik sahəsində gözləntilər mövcuddur”.
Oxşar xəbərlər
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
DVX rəisi: "Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür
2025-ci ildə gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
