Xarici ticarət iştirakçıları üzrə şirkətlərin sayı artıb
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan dünyanın 169 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
“Sizinxeber.az-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 48 732 nəfər təşkil edib. Onlardan 39 126 nəfəri fiziki ( illik müqayisədə 7.6% artıb), 9606 nəfəri isə hüquqi şəxslərdir ( 2.3% artıb).
Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 160-ı dövlət, 9446-ı nəfəri isə özəl sektorun nümayəndələri olub.
Qeyd edək ki, hesabar dövründə idxal əməliyyatlarının həcmi 13 milyard 614.8 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 298 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 15 milyard 226.9 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı – 2 427 ədəd təşkil edib.
Oxşar xəbərlər
Ötən il Azərbaycana əhali tərəfindən 2 mlrd. dollara yaxın məhsul idxal edilib
Azərbaycanda bu il idxal rüsumundan azadolmaların həcmi 5 milyard dolları ötüb
Azərbaycanın idxalında azadolmaların həcmi açıqlanıb
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 62%-dən çox azalıb
Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 mlrd. dollara bərabər olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













