Binə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) keçirdiyi nəzarət tədbirləri nəticəsində “ARKA” MMC Kağız və Kardon fabrikinin fəaliyyətində pozuntular aşkar olunub.
Bu barədə "Sizinxeber.az-Economics"ə SİMDNX-dən bildirilib.
Məlumata görə, tədbirlər zamanı müəyyən olunub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən adıçəkilən fabrik tərəfindən fəaliyyəti zamanı formalaşan istehsalat tullantı suları qanunvericiliyin tələblərinə uyğun idarə olunmur.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib olunub, digər toplanmış materiallarla birlikdə Xəzər rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarına əsasən, “ARKA” MMC təqsirli bilinərək barəsində 10 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.
ADSEA bir daha bütün hüquqi və fiziki şəxsləri su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırır.
Oxşar xəbərlər
“Balakhanı Operating Company” şirkəti cərimələnib
ADSEA: İstehsalat tullantı sularının qanunsuz idarə olunmasına görə "ARKA” MMC 10 500 manat cərimələnib
Su obyektini çirkləndirən quşçuluq fabrikinə qarşı inzibati icraata başlanıllb
İmişlidə 30-dan çox qanunsuz karxananın fəaliyyəti dayandırılıb
“Uber Azərbaycan” 20 min, direktoru 5 min manat cərimə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













