ADSEA: İstehsalat tullantı sularının qanunsuz idarə olunmasına görə "ARKA” MMC 10 500 manat cərimələnib
Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, “ARKA” MMC Kağız və Karton Fabriki 10 500 manat məbləğində inzibati cərimə olunub.
Bu barədə “Report” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.
Cərimə, müəssisənin istehsalat fəaliyyəti zamanı yaranan tullantı sularını qanunvericiliyin tələblərinə uyğun idarə etməməsi səbəbilə tətbiq edilib.
Cəriməyə əsas verən faktlar ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) keçirdiyi nəzarət tədbirləri nəticəsində aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fabrik tərəfindən əmələ gələn istehsalat tullantı suları müvafiq ekoloji və texniki norma və tələblərə uyğun şəkildə idarə olunmur.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib edilib və toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub.
Oxşar xəbərlər
“Balakhanı Operating Company” şirkəti cərimələnib
Xəzərə tullantı su axıdan qurumun 12 min 500 manat cərimələnməsi üçün məhkəməyə müraciət edilib
ADSEA: Sumqayıtda tullantı sularının çaya axıdılması ilə bağlı araşdırma aparılır
Qazaxda tullantı sularının qanunsuz axıdılmasına görə iki sahibkar cərimələnib
Məhkəmədən Lənkəranda Xəzərə tullantı su axıdan qurumun 12 500 manat cərimələməsi istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













