Beş ayda Azərbaycana 500 min tondan çox buğda idxal edilib
2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 110 milyon 435.6 min ABŞ dolları dəyərində 510 430 ton buğda idxal edilib.
“Sizinxeber.az-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 55.4% və ya 181.9 min ton, məbləğ baxımından isə 51.6% və ya 37.8 milyon ABŞ dolları çoxdur. Ötən ilin ilk 5 ayında Azərbaycana 72 milyon 676.3 min ABŞ dolları dəyərində 328 min 542 ton buğda idxal edilmişdi.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.11%-nə bərabər olub.
Qeyd edək ki, bu dövrdə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2% azalaraq 367.8 manat təşkil edib.
Oxşar xəbərlər
Dörd ayda Azərbaycana 420 min tona yaxın buğda idxal edilib
Azərbaycana 7 ayda 500 min tona yaxın buğda idxal edilib
Ötən il Azərbaycana 1.3 mln. tona yaxın buğda idxal edilib
Səkkiz ayda Azərbaycana 600 min tona yaxın buğda idxal edilib
11 ayda Azərbaycana 1.1 mln. tondan çox buğda idxal edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













