ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında ikitərəfli protokol imzalanacaq
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşüb.
Bu barədə “Sizinxeber.az-Economics” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb və ikitərəfli protokolun imzalanmasına dair razılıq əldə olunub.
Oxşar xəbərlər
Xələf Xələfov Qazaxıstana səfər edib
Azərbaycan və İraq arasında beynəlxalq platformalarda da öz əksini tapan tarixi dostluq var
Azərbaycan və Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və Malayziya arasında siyasi məsləhətləşmələr aparılıb - FOTO
Maldiv Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













