AMB: 2025-2026-cı illərdə illik inflyasiya hədəf diapazonu daxilində qalacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-2026-cı illər üzrə inflyasiya proqnozunu açıqlayıb.
"Sizinxeber.az-Economics"in məlumatına görə, AMB qeyd edib ki, qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirir. Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır.
"Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir. Baza ssenariyə əsasən 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır" - AMB əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib
Mərkəzi Bank: İnflyasiya 2024-2025-ci illərdə hədəf diapozonunda qalacaq
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq
AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb
IMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












