AMB: Pul nişanlarının qanunsuz reproduksiyalarının satışına rast gəlinir
sizinxeber.az xəbər saytı

AMB: Pul nişanlarının qanunsuz reproduksiyalarının satışına rast gəlinir


Azərbaycanın pərakəndə ticarət müəssisələrində mətbəə üsulu ilə hazırlanmış milli, eləcə də xarici valyutada pul nişanlarının qanunsuz reproduksiyalarının satışı hallarına rast gəlinir.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, "Mərkəzi Bank haqqında” qanunun 41-1-ci maddəsinə əsasən pul nişanlarının reproduksiyasına (bənzədilmiş surətdə hazırlanması) yalnız AMB-nin İdarə Heyətinin 25 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının reproduksiyası Qaydası”nın tələbləri ilə müəyyənləşdirilmiş qaydada yol verilir. Həmin Qaydaya əsasən reproduksiya olunan kağız pul nişanlarının ölçüləri tədavülə buraxılmış pul nişanlarının səthinin 50 %-nə qədər və yaxud 200 %-dən çox olmalı, rəngi pul nişanlarının əsas rəng tonundan ən azı 30 % tünd və yaxud ən azı 30 % açıq olmalı, eləcə də aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.

Hazırda pərakəndə ticarət müəssisələrində, eləcə də açıq bazarlarda realizasiya olunan bənzədilmiş “pullar”ın qeyd olunan Qaydanın tələblərinə uyğun olmaması müəyyən edilir. Bu isə vətəndaşlar tərəfindən həmin reproduksiyaların həqiqi pul kimi qəbul edilməsi riskini yaradır. Mövcud qanunvericiliyə əsasən reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunur və belə pulların satışı, əldə edilməsi və hazırlanması Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə səbəb olmaqla həmin əməlləri törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas yaradır.

Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan saxta pul nişanlarına aldanmamaq üçün diqqətli və ehtiyatlı olmaları, belə hallarla rastlaşdıqda hüquq mühafizə orqanlarına və yaxud AMB-yə, yaxud onun ərazi idarələrinə müraciət etmələri tövsiyə olunur. Bu cür tədbirlər həm şəxsi təhlükəsizlik, həm də iqtisadi sistemin təhlükəsizliyi üçün əhəmiyyətlidir.

Oxşar xəbərlər

DYP: Qeydiyyat nişanlarının təmiz saxlanılmaması məsuliyyət yaradır
Dövlət qeydiyyat nişanlarını təmiz saxlamayan sürücülər cərimələnəcək
“Naxçıvanbank”dakı hesablardan vəsaitlərin çıxarılması ilə bağlı “Nağd pul ofisi” təşkil edilib
Mərkəzi Bank Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır
AMB yeni nəsil milli pul nişanları ilə bağlı əhalinin fikrini öyrənmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər