Mərkəzi Bank Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə biznes proseslərin optimallaşdırılması çərçivəsində Mərkəzi Bankın Gəncə və Quba Regional Mərkəzlərinin, Sumqayıt Şəhər İdarəsinin cari ilin sonunda fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.

Bu barədə "Sizinxeber.az-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, qərarın qəbul edilməsi ölkədə fəaliyyət göstərən bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərin effektivliyinin artırılması ilə əlaqədardır.

Bununla da Gəncə Regional Mərkəzində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzində, Quba Regional Mərkəzi və Sumqayıt Şəhər İdarəsində xidmət olunan banklara və poçt rabitəsinin milli operatoruna isə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov 90 və Əliyar Əliyev 10 ünvanlarında yerləşən inzibati binalarında xidmət göstəriləcəkdir.

Aparılmış optimallaşdırma tədbirləri nəticəsində tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, köhnə nümunəli milli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsi, pul nişanlarının ekspertizaya qəbulu, yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı vətəndaşlar Mərkəzi Bankın Bakı, Yevlax, Biləsuvar və Naxçıvan şəhərində yerləşən idarələrinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

AMB Gəncə və Quba Regional Mərkəzlərini, Sumqayıt Şəhər İdarəsini bağlayır
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib
Qarabağ Regional DOST Mərkəzinin açılışından 1 il ötür
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər