Türk dövlətlərinin bank sektorlarının ümumi aktivləri açıqlanıb
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kiprin bank sektorlarının ümumi aktivləri 1 trilyon 364 milyard ABŞ dollarına çatır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumunda bildirib.
O, qeyd edib ki, bu, ötən ilin sonu ilə müqayisədə 15,1 % artım deməkdir.
"Türk dövlətləri arasında bank əməkdaşlığı daha da güclənməkdədir. Trans-Xəzər qaz boru kəməri üzrə xərclərin optimallaşdırılması bu layihənin maya dəyərini potensial olaraq 40 % azalda bilər. Bu isə banklarımız üçün layihə maliyyələşdirilməsində uzunmüddətli alətlərə olan tələbi artırır”, - deyə Z.Nuriyev əlavə edib.
Oxşar xəbərlər
Türk dövlətləri ötən il qlobal iqtisadiyyatda 2 %-ə yaxın paya malik olub
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”
Bakıda Türk dövlətlərinin 20 istiqamət üzrə yarmarkaları keçiriləcək
Bakıda Türk dövlətlərinin forumu və 20 istiqamət üzrə yarmarkaları keçiriləcək
Vüsal Qasımlı: "Türk dövlətləri dünya ticarətinin 3,5 %-ni təmin edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













