Bakıda Türk dövlətlərinin forumu və 20 istiqamət üzrə yarmarkaları keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda Türk dövlətlərinin forumu və 20 istiqamət üzrə yarmarkaları keçiriləcək


Bakı Ekspo Mərkəzində 10-12 iyun 2025-ci il tarixlərində "II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" keçiriləcək.

Bu barədə “Sizinxeber.az”un Türkiyə bürosuna Türk Dövlətləri Təşkilatının (TDT) nəzdində fəaliyyət göstərən Ticarət Sərgisindən məlumat daxil olub.

Bildirilib ki, sərgi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası arasında sənaye, sərmayə, texnologiya və xidmətləri artırmaq və bu ölkələrdən böyüyərək dünyanın digər bölgələrinə də bu xidmətlərin satışını asanlaşdırmaq məqsədi daşıyır. Bu, iş dünyasında Türk dövlətlərinin ən böyük toplantısı və ticarət forumudur.

Yarmarka zamanı 20-dən çox istiqamət üzrə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək. Ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş adamlarının problemləri, onların həlli ilə bağlı təkliflər və digər aktual mövzularda ekspertlərin iştirak etdiyi konfranslar da ekranda yayımlanacaq.

Qeyd edək ki, "I Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi'“ keçən ilin noyabrında “Türk Dünyasına Baxış 2040” və “2022-2026-cı illər Türkiyə Rəsmiləri Strategiyası”nda, habelə TDT-nin Ticarət və Sənaye Palataları Birliyinin 2023-2024-cü illər üçün Fəaliyyət Planında göstərilən iqtisadi şəffaflıq və hədəflərə əsaslanaraq İstanbul Sərgi Mərkəzində (İFM) keçirilib.

Oxşar xəbərlər

Bakıda Türk dövlətlərinin 20 istiqamət üzrə yarmarkaları keçiriləcək
"ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb
Türk dövlətlərinin ortaq brendləri yaradılacaq
Bişkekdə TDT-yə üzv ölkələrin nazirlərinin toplantısı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər