İcra kimi göstərilmiş 39,7 mln. manat təşkilatların bank hesabında saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
12:50

İcra kimi göstərilmiş 39,7 mln. manat təşkilatların bank hesabında saxlanılıb

27 may, 2025
12:50
390

İcra kimi göstərilmiş 39,7 mln. manat təşkilatların bank hesabında saxlanılıb

2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşundan icra kimi göstərilmiş ümumilikdə 39,7 mln. manat müxtəlif sifarişçilərin və ya bu funksiyanın həvalə edildiyi tabeli təşkilatların bank hesabında saxlanılıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.

Qeyd edilib ki, əvvəlki ilin sonuna əsaslı vəsait qoyuluşu xərclərindən bəzi sifarişçilərdə əvvəlki illərdən hesablaşma hesablarında saxlanılmış vəsaitdən 2024-cü ilin sonuna da istifadə edilməyərək qalıq kimi saxlanılması davam edib. Belə ki, sifarişçi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Keşfiyyat Agentliyinin “Ölkə ərazisində geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə nizamnamə kapitalının artırılması” layihəsi üzrə 2024-cü ilin əvvəlinə bank hesabında saxlanılmış 5 mln. manatdan il ərzində 1,1 mln. manat xərclənmiş, 3,9 mln. manat isə ilin sonuna qalıq kimi bankda saxlanılıb.

Bizimlə əlaqə saxlayın