Mərkəzi Bank sukuk və digər törəmə maliyyə alətləri üçün yeni hüquqi bazanın yaradılması üzərində işləyir
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank sukuk və digər törəmə maliyyə alətləri üçün yeni hüquqi bazanın yaradılması üzərində işləyir


Mərkəzi Bank sukuk, sekyuritizasiya və törəmə maliyyə alətləri üçün yeni hüquqi bazanın yaradılması üzərində işləyir.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, Azərbaycanda qiymətli kağızlar haqqında qanunvericiliyin beynəlxalq standartlara və daxili bazar tələblərinə uyğunlaşdırılması üzrə irimiqyaslı layihənin həyata keçirilməsinə başlanılıb.

"Mərkəzi Bank maliyyə bazarının inkişafı üzrə cari strategiyanı fəal şəkildə həyata keçirir. Prioritetlər arasında bir sıra alətlər (sukuk, sekyuritizasiya və törəmə maliyyə alətləri) üçün yeni hüquqi bazanın yaradılması yer alır. Bu, həm potensial emitentlər, həm də investorlar üçün vacibdir. Bununla yanaşı, biz artıq qiymətli kağızlar haqqında qanunvericiliyin beynəlxalq təcrübə və daxili bazar tələblərinə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlamışıq", - T. Rəsulov əlavə edib.

Oxşar xəbərlər

Baş direktor: “Mərkəzi Bank qiymətli kağızlar haqqında qanunvericiliklə bağlı irimiqyaslı layihəyə başlayır”
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
AMB bank əməkdaşlarının investisiya fəaliyyətini məhdudlaşdırıb
Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub
AMB investisiya şirkətlərinin və bankların əməkdaşlarının investisiya fəaliyyətini məhdudlaşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər