Baş direktor: “Mərkəzi Bank qiymətli kağızlar haqqında qanunvericiliklə bağlı irimiqyaslı layihəyə başlayır”
Azərbaycanda qiymətli kağızlar haqqında qanunvericiliyin beynəlxalq standartlara və daxili bazar tələblərinə uyğunlaşdırılması üzrə irimiqyaslı layihənin həyata keçirilməsinə başlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Tərlan Rəsulov Bakıda keçirilən Maliyyə-İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə ölkədə kapital bazarının ümumi həcmi əvvəlki illə müqayisədə 2,6 dəfə artaraq 72,5 milyard manata çatıb.
"Mərkəzi Bank maliyyə bazarının inkişafı üzrə cari strategiyanı fəal şəkildə həyata keçirir. Prioritetlər arasında bir sıra alətlər (sukuk, sekyuritizasiya və törəmə maliyyə alətləri) üçün yeni hüquqi bazanın yaradılması yer alır. Bu, həm potensial emitentlər, həm də investorlar üçün vacibdir. Bununla yanaşı, biz artıq qiymətli kağızlar haqqında qanunvericiliyin beynəlxalq təcrübə və daxili bazar tələblərinə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı işlərə başlamışıq", - T. Rəsulov qeyd edib.
Oxşar xəbərlər
AMB: Kapital bazarında ticarət və ticarət sonrası sistemlərin rəqəmsal platformalara inteqrasiyası yekunlaşıb
Umeyra İbrahimova: "Kapital bazarının inkişafı iqtisadi artımın stimullaşdırılmasında həlledici rol oynayacaq"
AMB: Azərbaycanda yeni maliyyə alətlərinin hüquqi bazası formalaşdırılacaq
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













