

AMB: Kapital bazarında ticarət və ticarət sonrası sistemlərin rəqəmsal platformalara inteqrasiyası yekunlaşıb
Bakı Fond Birjasının (BFB) 2024-2026-cı illər üçün strateji inkişaf planının ilk ili olduqca məhsuldar olub.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Umeyra İbrahimova 12-ci Beynəlxalq "Caspian Investment Forum"da bildirib.
U.İbrahimova qeyd edib ki, 2024-cü ildə kapital bazarının əməliyyat infrastrukturunun rəqəmsallaşdırılması məqsədilə ticarət və ticarət sonrası sistemlərin rəqəmsal platformalara inteqrasiyası təmin olunub: "Bu tədbirlər nəticəsində Azərbaycanda ilk dəfə olaraq səhmlərin kütləvi təklifi üzrə abunə yazılışı prosesi və səhmlər üzrə təkrar bazar əməliyyatları mobil tətbiq üzərindən həyata keçirilib".
Onun sözlərinə görə, başqa bir müsbət məqam isə korporativ qiymətli kağızlar bazarının ticarət dövriyyəsinin artmasıdır: “Bakı Fond Birjasının açıqladığı statistikaya görə, korporativ qiymətli kağızlar bazar dövriyyəsi 135 % artaraq 2023-cü ilin sonuna nisbətən 2024-cü ilin sonuna qədər 1 milyard 30 milyon manata çatıb”.
Oxşar xəbərlər
Umeyra İbrahimova: "Kapital bazarının inkişafı iqtisadi artımın stimullaşdırılmasında həlledici rol oynayacaq"
“Kapital Bank” 25 mln. dollar həcmində istiqraz buraxır
BFB istiqraz və səhm bazarları üzrə əsas hədəflərini açıqlayıb
Fərid Axundov: "Azərbaycan kapital bazarının gəlirliyi 100 dəfə arta bilər"
"Kapital Bank”ın 30 mln. dollarlıq istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
