Sizinxeber.az » İqtisadiyyat » Maliyyə » Babək şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Babək şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Bu gün Babək şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

F. Nəcəfli Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni rəhbər təyin olunmasına görə təbriklərini çatdırıb, muxtar respublikada istifadəyə verilən daha bir Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin əhali, o cümlədən sahibkarlar üçün bu sahədə xidmətləri daha əlçatan edəcəyinə, şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

Muxtar respublikada iqtisadi sahədə baş verən yeniliklər və perspektivlər barədə danışan F. Nəcəfli qeyd edib ki, əlverişli biznes mühitinin formalaşaması Naxçıvanın gələcək inkişafı üçün davamlı addımların atılmasına geniş imkanlar yaradır. Bu mənada, hər kəs öz vəzifələrini layiqincə yerinə yetirməli, aktiv fəaliyyət göstərməlidir. Diyarımızın inkişafı üçün atılan hər bir addım, hər şeydən öncə, vətənpərvərlik nümunəsidir.

Səlahiyyətli nümayəndə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti barədə də məlumat verib və bildirib ki, 11 prioritet istiqamət üzrə böyük layihələr yerinə yetirilir: “Bu məqsədlə təkcə ötən il 50 milyon manat vəsait ayrılıb. Muxtar respublikada logistik, enerji, aqrar və turizm sektorları üzrə ölkə əhəmiyyətli böyük layihələr reallaşdırılır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. Artıq “yaşıl enerji” sahəsində layihələndirmə işlərinə başlanılıb. Bu məqsədlə 8 min hektar ərazi ayrılıb. Onun 3 min hektarında külək, 5 min hektarında günəş elektrik stansiyaları tikilib istifadəyə veriləcək”.

F.Nəcəfli diqqətə çatdırıb ki, bu gün Dövlət Proqramı çərçivəsində atılan hər bir addım Naxçıvanın gələcək davamlı və yüksək inkişafının təməlidir. Nəticədə, muxtar respublika iqtisadiyyatı əhəmiyyətli şəkildə inkişaf edəcək. Bunun üçün müasir infrastrukturun da qurulması əsas şərtlərdəndir. Naxçıvan şəhərində və rayon mərkəzlərində Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinin fəaliyyət göstərməsi də bu infrastrukturun tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Məhz xidmətin bu cür müasir tələblər əsasında təşkili bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artırır. Sahibkarlıq bazar iqtisadiyyatı əsasında şəffaflıq zəmnində daha da inkişaf edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, xidmətin 2024-2030-cu illər üçün inkişaf strategiyasının mühüm bir hissəsi effektiv vergi xidmətləri sisteminin təşkili ilə bağlıdır. Bu gün əsas hədəflərdən biri vergi orqanının müştəriyönümlü fəaliyyəti və xidmətlərin vergiödəyicilərinin ehtiyac və gözləntilərinin ödənilməsinə istiqamətlənib.

O. Nəzərli qeyd edib ki, Babəkdə açılan yeni mərkəz vergiödəyicilərinə göstərilən müasir xidmətlər dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin növbəti mərhələsidir. Dövlət Vergi Xidmətinin rəisi xidmət mərkəzinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara vergi məsələlərində zəruri dəstəyi təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Şərur, Babək və Ordubad rayonlarında Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Dövlət Proqramının bu yarımbəndi vaxtından əvvəl tam icra edilib, hər 3 xidmət mərkəzi qurularaq vergiödəyicilərinin və vətəndaşların istifadəsinə verilib. Bu modern mərkəzlər, ümumilikdə, 51 400-ə yaxın vergiödəyicisinə bütün xidmətləri təqdim edir və onların vergi məsələlərinin həllinə dəstək göstərir.

A. İsmayılov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində 2024-cü ilin yanvar-iyun ayları ərzində əldə olunmuş bəzi göstəricilər barədə təqdimat edib.

Sonda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının “Naxçıvanın turizm potensialı” və “Naxçıvanın logistika və nəqliyyat potensialı” mövzularında təqdimatları dinlənilib.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib