Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
12:30

Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

13 may, 2025
12:30
527

Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 305,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,5 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,3 % artıb.

ÜDM istehsalının 37,3 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,9 %-i tikinti, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 %-ni təşkil edib.

4 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 3 841,8 manata bərabər olub.

Bizimlə əlaqə saxlayın