"PAŞA Sığorta" BDU tələbələri üçün maarifləndirici sessiya keçirib
PAŞA Sığorta şirkəti sığorta sahəsində maarifləndirmə tədbirlərinin tərkib hissəsi olaraq Bakı Dövlət Universitetinin tələbələri üçün sessiya təşkil edib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, tədbir zamanı iştirakçılara şirkətin nümayəndələri tərəfindən sığortanın əhəmiyyəti, əsas sığorta növləri və bu sahədə aktual trendlər barədə ətraflı məlumat verilib. Eyni zamanda PAŞA Sığorta şirkətinin təqdim etdiyi məhsullar barədə təqdimat keçirilib.
Sessiyada tələbələrin sualları cavablandırılıb, həmçinin şirkətin mövcud olan karyera imkanları haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda tələbələr arasında interaktiv yarışma baş tutub və qalib olan iştirakçılar mükafatlandırılıb. Sessiyada universitetin 50-dən çox tələbəsi iştirak edib.
PAŞA Sığorta təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində belə təşəbbüsləri davam etdirərək gənclərin sığorta sahəsinə marağının artırılmasına töhfə verməyi hədəfləyir.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Oxşar xəbərlər
PAŞA Sığorta İqtisad Universitetinin tələbələri üçün maarifləndirici sessiya keçirib
PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib
PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 16 572 AZN ödəniş edib
PAŞA Sığorta “COP-29 İnsan Resursları” Forumunda mükafatlara layiq görülüb - FOTO
PAŞA Sığorta 128 uşağın arzularını gerçəkləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
