AMB rəsmisi: "Türkiyə və Gürcüstanın maliyyə sektorları ilə əməkdaşlığımız güclənməkdədir"
sizinxeber.az xəbər saytı

AMB rəsmisi: "Türkiyə və Gürcüstanın maliyyə sektorları ilə əməkdaşlığımız güclənməkdədir"


Azərbaycan, Türkiyə və Gürcüstanın maliyyə sektorları arasında əməkdaşlıq güclənməkdədir.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunu qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda təşkil etdiyi "Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ arasında maliyyə tərəfdaşlığının gücləndirilməsi" mövzusunda regional maliyyə konfransında bildirib.

AMB rəsmisi regional tərəfdaşlığın, eləcə də ABŞ-nin maliyyə sektoru ilə qurulan strateji əlaqələrin sərhədlərarası ticarət, investisiya və ödənişlərin təşviqi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, mövcud effektiv dialoq, əməkdaşlıq və təcrübə mübadiləsinin regionda daha dayanıqlı, əlaqəli maliyyə sisteminin qurulmasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Ə.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Yaz Toplantılarında iştirak etmək məqsədiilə ABŞ-də işgüzar səfərdədir.

Oxşar xəbərlər

Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq
Azərbaycan və Macarıstan maliyyə sektorunda əməkdaşlığı müzakirə edib
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
Avrasiya İnkişaf Bankı Azərbaycanda bəzi layihələri maliyyələşdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər