Dollar istiqrazlarının faiz dərəcələrinin artması səbəbləri açıqlanıb
Xarici valyuta ilə depozitlərin azalmasının 2 səbəbi var. Birinci səbəb əhalinin manata inamının artması, ikinci səbəb isə Mərkəzi Bank tərəfindən pul siyasətində aparılan islahatlardır.
"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
“Biz banklara bizneslərə o halda xarici valyuta ilə kreditləri verilməsini məhdudlaşdırırıq ki, o bizneslərin xarici valyuta ilə gəlirləri yoxdur. Həm sahibkarların, həm də bankların risklərinin qarşısını almaq üçün belə tələblər irəli sürmüşük” - deyə qeyd edib.
Taleh Kazımov bankların niyə xarici valyutada istiqrazlar emissiya etməsinə də aydınlıq gətirib: "Diqqət etsəniz görərsiniz ki, həmin istiqrazlar subordinasiya istiqrazlarıdır. Bilirsiz ki, subordinasiya istiqrazları adi istiqrazlardan fərqlənir. Qanunveriçiliyə görə, bu, uzunmüddətli istiqrazlar olur. Banklar xarici valyuta istiqrazlarını öz kapital mövqelərini gücləndirmək üçün, eyni zamanda, Mərkəzi Bankın sabit məzənnə siyasətinə güvəndikləri üçün buraxırlar.
“Faizlərin artımının səbəbi Federal Ehtiyat Sisteminin (FES) faizlərinin artmasıdır. FES 2 ilə 4% ödəyirsə bizim banklarımızda 5-7 illik istiqrazlara 7% ödəməlidirlər. ABŞ dollarının faizləri aşağı düşdüyü təqdirdə bizim banklarımızında həmin bu istiqrazlar üzrə faizləri aşağı enəcək” - deyə baş bankir əlavə edib.
Oxşar xəbərlər
Taleh Kazımov valyuta hərracları nəticələrinin açıqlanmaması səbəblərinə aydınlıq gətirib
Taleh Kazımov kredit faizlərinin artmasına münasibət bildirib
AMB sədri: Bu il yaşıl istiqrazlar haqqında qanun qüvvəyə minəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
