Azərbaycanın futbol klublarının səhmləri satışa çıxarıla bilər
sizinxeber.az xəbər saytı

Azərbaycanın futbol klublarının səhmləri satışa çıxarıla bilər


"Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanın futbol klublarının səhmlərinin açıq bazara çıxarılması ilə bağlı danışıqlar aparılıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.

Onun sözlərinə görə, bəzi klubların səhmlərinin satışı müzakirə mövzusu olsa da, bu istiqamətdə praktiki addım hələlik atılmayıb: “Əvvəllər bu istiqamətdə ideyalar səsləndirilib və bu məsələ müzakirə olunub. Amma istər futbol sahəsində, istərsə də digər sahələrdə fəaliyyət göstərən şirkətlərin bazara çıxmağa nə dərəcədə hazır olmaları əsas məsələdir. Biz heç bir quruma bunu məcburi şəkildə tətbiq edə bilmərik”.

R. Xəlilov qeyd edib ki, BFB bu məsələ ilə bağlı bir neçə klubla ilkin təmasda olub: "Əlaqə saxladığımız qurumların sayı 50-yə yaxındır. Onlardan bir neçəsi idman – xüsusilə futbol sahəsində fəaliyyət göstərən təşkilatlardır. Lakin onlar bazara çıxmaqla bağlı qərarlarını hələlik açıqlamayıb. Bu addım hər bir klubun öz kommersiya strategiyasından asılıdır. Bəzi klublar və şirkətlər vaxt məhdudiyyətini əsas gətirərək yaxın perspektivdə bu istiqamətdə addım atmağı planlaşdırmırlar".

Oxşar xəbərlər

BFB istiqraz və səhm bazarları üzrə əsas hədəflərini açıqlayıb
Ruslan Xəlilov: "Regiondakı birjalarla daha sıx inteqrasiya planlaşdırırıq"
BFB-nin sədri: "Azərbaycanda kapital bazarı mədəniyyəti hələ formalaşmayıb"
"Bakı Fond Birjası" növbəti 3 ildə 7 əsas strateji təşəbbüslə çıxış edəcək
Ruslan Xəlilov: "Dövlət və özəl müəssisələrinin İPO-ya təşviq edilməsi istiqamətində işlər aparılır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər