Azərbaycanın gələn il büdcəsindən təhsil, kənd təsərrüfatı və ətraf mühitə ayrılan vəsait artırılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanın gələn il büdcəsindən təhsil, kənd təsərrüfatı və ətraf mühitə ayrılan vəsait artırılacaq


Azərbaycanın 2026-cı il dövlət büdcəsi üzrə xərclərin proqram təsnifatı açıqlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, təhsil sektoru üzrə 11 proqramın icrası üçün 5 milyard 063,2 milyon manat, kənd təsərrüfatı sektoru üzrə 8 proqram üçün 1 milyard 180,6 milyon manat, ətraf mühitin mühafizəsi sektoru üzrə isə 6 proqram üçün 424,8 milyon manat vəsait nəzərdə tutulur.

Ortamüddətli dövrün sonuna bu məbləğlərin artması proqnozlaşdırılır, Belə ki, təhsil sektorunda 5 milyard 302,5 milyon manat (dövrün əvvəlinə nisbətən 239,3 milyon manat çox), kənd təsərrüfatında 1 milyard 215,2 milyon manat (34,6 milyon manat artım), ətraf mühitin mühafizəsində isə 454,3 milyon manat (29,5 milyon manat artım).

“Ortamüddətli dövrdə aparılacaq islahatların miqyasının genişləndirilməsi planlaşdırılır. Bu çərçivədə sektorlarda əsaslı vəsait qoyuluşu xərclərinin nəticəəsaslılığına xüsusi diqqət yetiriləcək. Eyni zamanda, aidiyyəti qurumların administrativ (xüsusilə ildən-ilə təkrarlanan saxlanma) xərclərinin standartlaşdırılması və avtomatlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - hesabatda deyilir.

Oxşar xəbərlər

Azərbaycan 2026-2029-cu illərdə icmal və dövlət büdcələrinin xərclərinə dair proqnozlarını açıqlayıb
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına 4 ildə 14,6 milyard manat xərcləcək
Azərbaycanda kənd təsərrüfatı xərcləri 100 milyon manat artırılır
Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasına 55 milyard manat lazım olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər