“Xalq Həyat Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib
sizinxeber.az xəbər saytı

“Xalq Həyat Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib


“Xalq Həyat Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu barədə "Sizinxeber.az-Economics" sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, bu vəzifəyə Orxan Əfəndiyev təyin edilib. O bu vəzifədə İsmayıl Əliyevi əvəz edib.

Qeyd edək ki, O.Əfəndiyev maliyyə sahəsində, o cümlədən sığorta sektorunda 17 illik iş təcrübəsinə malikdir. İlk peşəkar iş fəaliyyətinə 2008-ci ildə “A-Group” sığorta şirkətində aktuar kimi başlayan O.Əfəndiyev daha sonra fəaliyyətini “Azərbaycan Sənaye Sığorta” şirkətində məsul aktuar kimi davam etdirib. Bundan sonra “Günay Sığorta” və “A-Group” sığorta şirkətlərinin İdarə Heyətinin sədr müavini olub, 2019-2024-cü illərdə isə “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Oxşar xəbərlər

“Azərbaycan Sənaye Sığorta”nın sədri şirkətdən ayrılıb
“Azərbaycan Sənaye Sığorta”nın sədri işdən çıxıb
“Azərbaycan Sənaye Sığorta” ASC-yə yeni sədr təyin edilib
Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib
Mərkəzi Bank beş sığorta şirkətinə icrası məcburi göstəriş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər