"Fitch Ratings" qızılın 2025-2027-ci illər üzrə qiymət proqnozunu artırıb
sizinxeber.az xəbər saytı

"Fitch Ratings" qızılın 2025-2027-ci illər üzrə qiymət proqnozunu artırıb


"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qızılın 2025-2027-ci illər üçün qiymət proqnozunu yüksəldib.

"Sizinxeber.az-Economics" bu barədə reytinq agentliyinə istinadən xəbər verir. Məlumata görə, "Fitch" 2025-ci il üzrə qızılın orta qiyməti ilə bağlı proqnozunu 2100 dollardan 2400 dollara, 2026-cı il üzrə 1700 dollardan 2100 dollara, 2027-ci il üzrə isə 1700 dollardan 2000 dollara qədər artırıb. Başqa sözlə, proqnoz 2025-2027-ci illər üzrə 300-400 dollar artırılıb. Agentlik qeyd edib ki, yeni proqnoz geosiyasi risklər səbəbindən investorların qızıla tələbinin artması ilə bağlıdır: “2025-2027-ci illər üçün artırılmış qızıl qiyməti proqnozları, qiymətli metalın "təhlükəsiz liman" olması ilə bağlıdır. Ticarət müharibəsi ilə bağlı narahatlıqlar və səhmlər, eləcə də istiqraz bazarlarındakı dəyişkənlik qızıla yatırımları artıraraq qiymətlərin rekord səviyyəyə çatmasına səbəb olub. Geosiyasi risklər və investorların inflyasiya, həmçinin dövlət borcu ilə bağlı artan narahatlıqları yaxın və orta müddətli qiymət proqnozlarını dəstəkləyir”.

"Fitch" 2028-ci il üzrə isə qiymət proqnozunu 1800 dollardan 1600 dollara endirib. Analitiklər hesab edir ki, bu, bazarın sabitləşməsi, ticarət risklərinin azalması və ya alternativ investisiyalara yönəlmə ilə izah edilə bilər. Agentlik həmçinin qızıl uzunmüddətli qiymət proqnozunu da 1600 dollar müəyyən edib. Bu da qızılın strukturlaşdırılmış dəyər dinamikasını əks etdirir.

Qeyd edək ki, son günlər qızılın qiyməti rekord həddə yüksəlib. Martın 19-da əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 3 046 ABŞ dollarını ötüb.

Oxşar xəbərlər

Fitch Solutions: Neftin qiyməti bu il 75 dollara enəcək
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Qızılın orta qiyməti bu il 2 400 dollardan aşağı səviyyədə qərarlaşacaq - PROQNOZ
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər