"Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
sizinxeber.az xəbər saytı

"Fitch Solutions” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb


"Fitch Solutions” Azərbaycanda iqtisadi artım proqnozunu dəyişməyərək 2025-ci il üzrə 2,6%, 2026-cı il üzrə 3,2% müəyyən edib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib. FS Azərbaycanda real ÜDM-in 2027-ci il üzrə proqnozunu isə 3,1%-dən 3,2%-ə yüksəldib.

Qeyd edilib ki, Azərbaycanda neft sektoru ÜDM-in təxminən 50%-ni təşkil etsə də, son aylarda iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olub. Bununla belə, 2025 və 2026-cı illərdə Azərbaycan iqtisadiyyatı üçün artım riskləri var: “Bazar hələ də enerji ixracından əldə olunan gəlirdən asılıdır, bu isə onu qlobal neft qiymətlərinin dalğalanmalarına və potensial istehsal fasilələrinə həssas edir. Şaxələndirmə səylərinə baxmayaraq, neft-qaz sektoru hələ də Azərbaycanın xarici ticarət profisitinin əsas hissəsini təşkil edir və ixracın əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycanın iqtisadi sabitliyinə əsas risklər qlobal neft bazarlarındakı dalğalanmalar – regional münaqişələr və iqlim dəyişikliyinin təsiri ilə bağlı təchizat şokları kimi geosiyasi gərginliklər ola bilər”- FS əlavə edib.

Oxşar xəbərlər

"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb
“Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər