"MilliKart” prosessinq mərkəzi nizamnamə kapitalını kəskin azaldıb
sizinxeber.az xəbər saytı

"MilliKart” prosessinq mərkəzi nizamnamə kapitalını kəskin azaldıb


"MilliKart” MMC prosessinq mərkəzi nizamnamə kapitalını kəskin azaldıb.

"Sizinxeber.az-Economics" bu barədə prosesinq mərkəzinə istinadən xəbər verir. Məlumata görə, “MilliKart” kapitalını 6 milyon manatdan 1,49 milyon manata endirib. Başqa sözlə, MMC nizamnamə kapitalını 4,5 milyon manat və ya 75% azaldıb. Bildirilib ki, buna səbəb prosesinq mərkəzinin zərər etməsi olub.

Qeyd edək ki, “MilliKart” 2006-cı ildə yaradılıb. Prosessinq mərkəzinin təsisçiləri fəaliyyətdə olan “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku” və “Xalq Bank”, “Access Bank”, bundan əlavə, ləğv prosesində olan “AtaBank”, “Amrah Bank”, “Dəmir Bank”, “Kredo Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lər, “Bank Standard” QSC, eləcə də “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

Oxşar xəbərlər

Azərbaycanın prosessinq mərkəzi nizamnamə kapitalını azaldır
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Mərkəzi Bank "Azər-Türk Bank"a icrası məcburi göstəriş verib
“Bank Avrasiya”nın səhmdarları dəyişib
"Kapital Bank"ın rəhbərliyində dəyişiklik olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər