“Azəryaşlandşaft” auditor seçir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft” ASC) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Sizinxeber.az” xəbər verir ki, kotirovkada iştirak haqqı 16 manat təşkil edir.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 17-si, saat 11:00-a qədər cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Nobel prospekti, 61 ünvanına təqdim edə bilərlər.
Təkliflərə eyni gündə, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, “Azəryaşlandşaft”ın 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi "Professional Financial Experts" MMC olub. Bu xidmətlərə görə şirkətə 2,788 min manat ödəniləcək.
Oxşar xəbərlər
“Azəryaşlandşaft” auditor seçib
Geoloji Kəşfiyyat Agentliyi auditor seçir
Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu auditor seçir
Kardiologiya İnstitutu auditor seçir
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













