Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə bitiriblər
sizinxeber.az xəbər saytı

Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə bitiriblər


2024-cü ildə Azərbaycandakı kredit ittifaqları 80 min manat xalis mənfəət əldə ediblər.

Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildə kredit ittifaqları 250 min manat xalis zərər etmişdilər.

Ötən il ərzində kredit ittifaqlarının xalis faiz gəlirləri 1 milyon 800 min manat (illik müqayisədə 5.3% az), əməliyyat mənfəətləri isə 900 min manat ( illik müayisədə 10% az) təşkil edib.

2025-ci ilin yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 3,1% və ya 400 min manat azalaraq 12,6 milyon manata bərabər olub. Bunun 10,6 milyon manatı və ya 84.1%-i müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,6% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20% və ya 700 min manat azalaraq 2.8 milyon manata, balans kapitalı isə 3,2% və ya 300 min manat artaraq 9,8 milyon bərabər olub.

Oxşar xəbərlər

Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
"Bank Avrasiya"nın xalis mənfəəti və kredit portfeli azalıb - Hesabat
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - Hesabat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər