AMB: Yeni kapital tələbinə cavab verməyən BOKT-larla iş davam edir
sizinxeber.az xəbər saytı

AMB: Yeni kapital tələbinə cavab verməyən BOKT-larla iş davam edir


Azərbaycan Mərkəzi Bankı (AMB) yeni kapital tələbinə cavan verməyən bank olmayan kredit təşkilatları (BOKT) ilə işi davam etdirir.

“Report” xəbər verir ki, bunu AMB-nin sədr müavini Toğrul Əliyev təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"BOKT-ların kapital tələbini yerinə yetirməsi nəzarətdədir. Bununla bağlı monitorinqlərimiz davam edir. Sözsüz ki, verdiyimiz üç aylıq müddət başa çatdıqdan sonra tələbə əmək etməyən BOKT-lara qarşı müvafiq qanunvericiliklə nəzərdə tutulan tədbirlər görüləcək. Biz hesab edirik ki, həmin müddət səhmdarlar və təsisçilər üçün kapitallaşma ilə bağlı tədbirlərin görülməsi üçün yetərlidir. Ümid edirik ki, bütün BOKT-lar kapitalını yeni tələblərə uyğunlaşdıracaq. Hazırda hansısa BOKT-un kapital artımında problem yaşadığını demək tez olar", - deyə o qeyd edib.

Oxşar xəbərlər

AMB: BOKT-lara yeni kapital tələbini yerinə yetirmək üçün 3 ay vaxt verilib - MÜSAHİBƏ
"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
Elçin Həbibov: “BOKT-lar yeni dövrə hazırlaşmalıdır”
AMB: BOKT-lara qarşı risk menecmenti ilə bağlı tələblər dəyişəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər