

Azərbaycan Asiya İnkişaf Bankı ilə COP29 çərçivəsində fəaliyyəti müzakirə edib - YENİLƏNİB
İqtisadiyyat Nazirliyində nazir Mikayıl Cabbarovun Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeniy Jukov görüşündə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, ADB-in COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində plan layihəsi və mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və ADB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu il ölkəmizin ADB ilə tərəfdaşlığının 25 ilinin tamam olduğu qeyd edilib və bu faydalı əməkdaşlığın daha da dərinləşməsinin önəmi bildirilib. Bankın ətraf mühit, rəqəmsal inkişaf, dövlət-özəl sektor tərəfdaşlığı, enerji, ölkəmizin tranzit-logistika potensialının artırılması və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakı yüksək qiymətləndirilib.
Görüşdə dövlətə məxsus müəssisələrdə səmərəliliyin artırılması, həmin müəssisələrə özəl investisiyaların cəlb edilməsi məqsədilə görülən tədbirlər barədə məlumat verilib, bu istiqamətdə əməkdaşlıq imkanları nəzərə çatdırılıb.
Yevgeniy Jukov ADB-in Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, inklüziv artımın təşviqi ilə bağlı atılan addımların təqdirəlayiq hal olduğu qeyd edilib. Qurum rəsmisi COP29-un ev sahibi seçilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin “yaşıl inkişaf” gündəliyinin əhəmiyyətinə toxunub. ADB-in COP29-la bağlı xüsusilə karbon bazarlarının inkişafı sahəsində texniki dəstək göstərməyə hazır olduğu ifadə olunub.
Tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. İqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, ADB tərəfindən COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində hazırlanmış plan layihəsi və mümkün işbirliyi istiqamətləri müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov ilə Azərbaycan–ADB əməkdaşlığının gündəmindəki məsələləri müzakirə edib.
“Report” xəbər verir ki, bununla bağlı nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
M. Cabbarov qeyd edib ki, müzakirə edilən məsələlərə iqlim dəyişikliyi ilə mübarizə üçün potensial maliyyələşmə imkanları, COP29 çərçivəsində fəaliyyət və qlobal iqlim siyasəti sahəsində ADB-nin plan layihəsi, potensial sahələr üzrə tərəfdaşlıq istiqamətləri aid olub.
Oxşar xəbərlər
Azərbaycan Dünya Bankı ilə əməkdaşlığın potensial istiqamətlərini nəzərdən keçirib - YENİLƏNİB
ADB Azərbaycan ilə növbəti 3 illik tərəfdaşlıq strategiyası hazırlayır
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
Böyük Britaniya ilə COP-la bağlı əməkdaşlıq məsələləri müzakirə edilib
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
