AMB 2 ödəniş təşkilatı ilə bağlı qərar verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Paysis" MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması, eləcə də "Global İnnovations" MMC-yə icrası məcburi göstəriş verilməsi ilə bağlı qərar verib
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, ödəniş təşkilatı ödəniş sərəncamının icrasından əvvəl sərəncamın icra müddəti və nəzarət orqanının əlaqə məlumatlarının əlçatanlığının təmin edilməsi, ödəniş sərəncamından sonra isə ödəniş xidməti istifadəçisinin məlumatlandırılması zamanı ödəniş əməliyyatlarının icrası üzrə ödənilən xidmət haqlarının məbləği barədə məlumatın təqdim edilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq 1 min manat məbləğində cərimə edilib.
Bundan başqa, "Global İnnovations"a məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq icrası məcburi olan göstəriş verib.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib
Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
AMB ödəniş xidməti təchizatçıları ilə bağlı tələbləri təsdiqləyib
Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
