Milli Depozit Mərkəzi könüllü tibbi sığorta üzrə şirkət seçir
Milli Depozit Mərkəzi (MDM) əməkdaşları və onların ailə üzvləri üçün könüllü tibbi sığorta xidmətinin satınalınması məqsədilə açıq tender elan edib.
“Sizinxeber.az” xəbər verir ki, tenderdə iştirak haqqı 150,88 manatdır.
Maraqlananlar təkliflərini 24 dekabr, saat 10:00-a qədər Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 2A ünvanına təqdim edə bilərlər. Təkliflər həmin gün, saat 10:00-da qeyd olunan ünvanda açılacaq.
Satınalma çərçivəsində 3 əməkdaş və onların 3 ailə üzvü üçün VIP tibbi sığorta (minimum 10 000 manat), 79 əməkdaş və onların 53 ailə üzvü üçün standart tibbi sığorta paketi (minimum 5 000 manat) nəzərdə tutulur.
Qeyd edək ki, hazırda MDM-in əməkdaşlarına könüllü tibbi sığorta xidmətləri “Meqa Sığorta” ASC tərəfindən göstərilir. Müqavilənin dəyəri 24,24 min manat təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sığortaçı seçir
“Bakı Telefon Rabitəsi” sığortaçı seçir
Aqrar Sığorta Fondu sığortaçı seçir
İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva ümummilli liderin anım günü ilə əlaqədar paylaşım edib
-
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
-
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
-
Ümummilli lider Heydər Əliyevin anım günüdür












