Əmanətlərin Sığortalanması Fondu  “Yunayted Kredit Bank”ın kreditorlarına müraciət edib
sizinxeber.az xəbər saytı

Əmanətlərin Sığortalanması Fondu “Yunayted Kredit Bank”ın kreditorlarına müraciət edib


Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olanYunayted Kredit Bank” ASC-nin kreditorlarının diqqətinə çatdırır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin, habelə Qanunun 82.1.8-ci maddəsinə əsasən təminatsız kreditorların tələbləri üzrə ödənişlərə 18 noyabr 2024-cü il tarixdən etibarən başlanacaq.

Sizinxeber.az-Economics” Fonda istinadən xəbər verir ki, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

“Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müvafiq sənədləri (bank rekvizitləri əlavə edilməklə) təqdim etməklə müraciət etsinlər” - müraciətdə deyilir.

Ünvan: Bakı şəhəri, Babək prospekti 16, ƏSF-nin inzibati binası.

Qaynar xətt əlaqə nömrəsi: (+994) 941

Oxşar xəbərlər

ƏSF “Yunayted Kredit Bank”ın kreditorlarına növbəti ödənişlərə başlayır
"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb
ƏSF "Dəmir Bank"ın kreditorlarına müraciət edib
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
“Naxçıvanbank”ın lisenziyası ləğv edilib, bank BOKT-a çevrilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər