Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan neftinin qiyməti 98 dollardan aşağı düşüb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,34 % azalaraq 97,77 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçersləri 89,83 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 83 dolları ötüb
Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır
Azərbaycan nefti cüzi ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər